Biletlər satışa çıxarılır
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Yagelloniya" (Polşa) oyununun biletləri satışa çıxarılır. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, biletləri bu gün saat 15:00-dan etibarən almaq mümkün olacaq.
Azarkeşlər bunun üçün Tofiq Bəhramov adına Respublika Stadionunun və 8-ci km qəsəbə stadionunun kassalarına müraciət edə bilərlər. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdı.
Qeyd edək ki, iyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Yagelloniya" matçı saat 21:00-da başlayacaq.