Bir ay "Barsa"ya kömək edə bilməyəcək
İspaniya La Liqasının son turunda "Qranada" ilə görüşdə zədələnən "Barselona"nın futbolçusu Rafinya Alkantaranın vəziyyətinə aydınlıq gəlib. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, futbolçu qarşıdakı bir ayda komandasına kömək edə bilməyəcək.
Bu isə o deməkdir ki, R.Alkantara Çempionlar Liqasının 1/4 finalında "Yuventus"la hər iki matçı buraxacaq.
Qeyd edək ki, "Barselona" və "Yuventus" arasında oyunlar 11 və 19 aprel tarixlərində keçiriləcək.