Birmingem klubu “Barselona”ya elçi düşüb
“Barselona”nın qapıçısı Mark Andre Ter-Ştegen yanvar ayında “Aston Villa”ya keçə bilər.
Sportline.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Birmingem klubunun baş məşqçisi Unay Emeri rəhbərliktən almaniyalı kiperin transferini tələb edib.
33 yaşlı oyunçunun Kataloniya təmsilçisi ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, M.Ter Ştegen cari mövsüm cəmi 1 oyunda iştirak edib.