“Biz heç vaxt Niko Uilyamsın arxasında düşməmişik"
”Barselona”nın idman direktoru Deko Niko Uilyams transferi haqqında açıqlama verib.
Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Uilyams transferinin baş tutmayacağının siqnallarını verdi.
“Biz heç vaxt Niko Uilyamsın dalınca düşməmişik. Onun meneceri bizimlə əlaqə saxladı, biz yox. “Atletik Bilbao”dan soruşmaq lazımdır. O, bizim axtardığımız profil deyildi sadəcə qulaq asmaq kifayətdir”, - deyə Deko bildirib.