Blatter etiraf etdi: "Püşkatma vaxtı saxtakarlığa yol verilirdi"

FİFA-nın sabiq prezidenti Jozef Blatter sensasiyalı açıqlama ilə diqqət çəkib. SportLine.az xəbər verir ki, Blatter UEFA-nın püşkatmaları zamanı saxtakarlığa yol verildiyini deyib.

“La Nacion” nəşrinə müsahibəsində, o, səbətə sonradan atılan şarların soyuq olduğunu bildirib: “Əllə ani toxunuş kifayət edirdi ki, isti ilə soyuq şarı ayıra biləsən. Mən Avropa turnirlərindən birindəki püşkatmada şəxsən belə hala şahid olmuşam”.

Onun sözlərinə görə, FİFA-da heç vaxt belə hallar olmayıb. Ancaq UEFA-da dəfələrlə belə hala rast gəlib.