"Boavişta" qalib gəldi

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Maritimo" kollektivi olub. 

Portu təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb. K.Ağayev və E.Mahmudovun adı matçın iştirakçıları sırasında olmayıb.

Bu qələbədən sonra xalını 33-ə çatdıran “Boavişta” 10-cu yerdən 8-ci pilləyə yüksəlib.