"Bodrum FK" nigeriyalı futbolçunu heyətinə qatıb

Super Liqanın debütantı "Bodrum FK" heyətini gücləndirməyə davam edir.

Sportline.az xəbər verir ki, "Bodrum FK" nigeriyalı yarımmüdafiəçi Qabriel Obekpa ilə 4 illik müqavilə imzalayıb.

20 yaşlı futbolçu bundan əvvəl Sebiyanın "Mladost" klubunda çıxış edib.

Qeyd edək ki, Obekpa ötən mövsüm Serbiya Liqasında iştirak etdiyi 9 oyunda məhsuldarlıq göstərməyib.