BOK-dan açıqlama

Beynəlxalq Olimpiya Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarını təxirə salmaq fikrində olmadığını açıqlayıb.

Sportline.az xəbər verir ki, qurum koronavirus pandemiyasına görə radikal qərarlar verməyəcəklərini bəyan edib:

"Yarışa 4 ay qalmış radikal qərarlardan uzağıq. Hazırda idmançılar lisenziya turnirlərində problemlə üzləşiblər. Bəzi ölkələrdə idmançıların müntəzəm məşq etməsində problemlər var. Federasiyalar və olimpiya komitələri bu yöndə çalışır. İdmançıların 57 faizi olimpiadaya lisenziya qazanıb. Digər 43 faiz idmançı üçün zəruri dəyişikliklər ediləcək".

XXXII Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.