Bonifeys karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər

"Bayer"in nigeryalı futbolçusu Viktor Bonifeys karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Çelsi", "Arsenal", "Nyukasl" və "Mançester Yunayted" Bonifeysin xidmətində maraqlıdır.

24 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 20 matçda 10 qol və 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Bonifeysin "Bayer"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.