Bonilla "Zirə"dən ayrıldı
Salvadorlu futbolçu Nelson Bonilla "Zirə"dən ayrılıb. SportLine.az xəbər verir ki, bu barədə futbolçu "Instagram" səhifəsində məlumat verib.
Avropada çıxış etmək arzusunda olduğunu bildirən hücumçu, "Azərbaycanda qalmayacağam. Karyeramı hansı komandada davam etdirəcəyimi dəqiq bilmirəm. Ancaq onu deyə bilərəm ki, Avropanın ən yaxşı 10 çempionatından birində çıxış edəcəyəm. Xoşbəxtəm. Çünki işlərim qaydasında gedir", - deyib.
Qeyd edək ki, Nelson Bonilla “Zirə”yə ötən yayda keçmişdi.