Bonuççi: “Real Madrid dünyanın ən güclü komandasıdır
“Yuventus”un və İtaliya millisinin sabiq futbolçusu Leanardo Bonuççi dünyanın ən güclü klubunun “Real Madrid” olduğunu açıqlayıb.
Sportline.az xəbər verir ki, jurnalistlərin suallarını cavablayarkən bu fikirləri qeyd edib;
“Real Madrid son 15-20 ilin ən güclü komandasıdır. 21 əsrdə 8 dəfə Çempionlar Liqasının qalibi olublar. Onları bu turnirdə məğlub etmək imkansızdır”, - deyə L.Bonuççi bildirib.
Qeyd edək ki, Bonuççi daha əvvəl “İnter”, “Cenoa”, “Bari”, “Yuventus”, “Milan”, Yuniyon Berlin” və “Fənərbağça” kimi klubların şərəfini qoruyub.