"Bormunt" macarıstanlı futbolçu ilə bağlı qərar verib

"Bormunt" macarıstanlı futbolçusu Miloş Kerkezlə yola davam etmək istəyir.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Kerkezə yeni müqavilə təklif edib.

21 yaşlı sol cinah müdafiəçisinin "Bormunt"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, "Liverpul" Kerkezi transfer etmək istəyən klubların siyahısında yer alır.

O bu mövsüm "Bormunt"un heyətində 32 rəsmi matçda iştirak edib. Aktivində 2 qol və 5 məhsuldar ötürmə var.