"Bormunt"dan "Mançester Yunayted"ə keçə bilər

"Bormunt"un ispaniyalı futbolçusu Deyan Höysen "Mançester Yunayted"in transfer hədəfinə çevrilib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, D.Höysen üçün "Mançester Yunayted" qarşı tərəfə 20 milyon avro təklif edib.

19 yaşlı futbolçunun "Bormunt"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Deyan Höysen bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 2 qolla yadda qalıb.