"Bormunt"un aparıcı futbolçusu klubu tərk edə bilər

"Bormunt"un sağ cinah vingeri Antonio Semenyo klubdan ayrıla bilər.

Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, "Liverpul", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" 25 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Qana millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla meydana çıxdığı 8 matçda 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, A.Semenyonun "Bormunt"la sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.

Onun dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avrodur.