"Börnli" aşağı liqa klubu qarşısında aciz qalıb
İngiltərə Kubokunda növbəti gözlənilməz nəticə qeydə alınıb. Premyer Liqa təmsilçisi "Börnli" aşağı liqa klubu qarşısında aciz qalıb.
Sportline.az xəbər verir ki, səfərdə "Mensfild"ə 1:2 hesabı ilə uduzan "Börnli" turnirlə vidalaşıb.
Qeyd edək ki, bu qələbə "Mensfild" üçün tarixi əhəmiyyət daşıyır. Klub 1969-cu ildən bəri ilk dəfə İngiltərə elitasının təmsilçisini kubokdan kənarlaşdırmağı bacarıb. 57 il əvvəl onlar "Vest Hem"i 3:0 hesabı ilə məğlub etmişdilər.