"Bornmut"dan "Mançester Yunayted"ə doğru
"Mançester Yunayted" Markus Tavernieri heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
"Bornmut"un futbolçusunun dəyəri 23 milyon avrodur.
Qeyd edək ki, M.Tavarnierin klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.