"Bornmut"un 19 yaşlı oyunçusu İngiltərə nəhənglərinin radarındadır

"Bornmut"un forvardı Eli Junior İngiltərə nəhənglərinin transfer hədəfindədir.

Sportline.az xəbər verir ki, "Liverpul", "Mançester Yunayted", "Çelsi", "Arsenal", "Mançester Siti", "Tottenhem", "Nyukasl Yunayted" və "Aston Villa" 19 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Fransa U-21 millisinin üzvü bu mövsüm meydana çıxdığı 23 matçda rəqib qapılarından 8 top keçirib.

Qeyd edək ki, Eli Juniorun transfer qiyməti 22 milyon avrodur.