"Borussiya Dortmund" "Çelsi"dən 70 milyon avro tələb edir

"Borussiya Dortmund" isveçrəli qapıçısı Qreqor Kobel üçün "Çelsi"dən 70 milyon tələb edir.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, London klubu Kobelin transferində israrlıdır.

"Borussiya Dortmund" təcrübəli kiperini satmağa hazırdır.

Qeyd edək ki, Q.Kobelin Almaniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.