"Böyük Dəbilqə": Son gündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulacaq

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycanın dörd cüdoçusu çıxış edəcək.

Sportline.az xəbər verir ki, Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Kənan Nəsibov və Camal Qamzatxanov (hər ikisi +100 kq) mübarizəyə 1/8 finaldan başlayacaqlar.

Yarış Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.