Brahim Diazın "Yuventus"a keçidi gözlənilir
"Yuventus" Brahim Diazı transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
26 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 39 matçda 1 qol, 8 asistlə yadda qalıb.
Qeyd edək ki, B.Diazın "Real"la sözləşməsi 2027-ci ilin iyun ayında başa çatacaq.