"Braqa"dan "Sportinq"ə

"Braqa"nın futbolçusu Rodriqo Zalazar karyerasını "Sportinq"də davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, Lissabon təmsilçisi bu keçid üçün qarşı tərəfə 30 milyon avro təklif edib.

Bu haqda "A Bola" nəşri məlumat yayıb.

Qeyd edək ki, R.Zalazarın "Braqa" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.