“Brayton” Beleba ilə bağlı qərar verib

"Brayton" kamerunlu yarımmüdafiəçisi Karlos Baleba ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, rəhbərlik ən azı 2027-ci ilə qədər Balebanı satmaq fikrində deyil.

Bu səbəbdən "Mançester Yunayted" 21 yaşlı oyunçunun transferindən imtina edib.

"Times Sport"un yaydığı məlumata görə, "qırmızı şeytanlar" bütün fikrini hazırda "Kristal Pelas"ın futbolçusu Adam Vartona çevirib.