İngiltərə klubu kapitanı ilə yola davam edəcək
"Brayton" kapitanı Luis Dankla yola davam etmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, İngiltərə klubu 34 yaşlı futbolçuya 1 illik yeni müqavilə təklif edib.
Bu haqda "Sky Sports" məlumat yayıb.
Qeyd edək ki, L.Dank 2013-cü ildən "Brayton"un şərəfini qoruyur.