"Brayton" qapıçısı ilə vidalaşır

"Brayton" qapıçısı Bart Verbrüggenlə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, klub rəhbərliyi yaxşı təklif gəldiyi halda, 23 yaşlı kiperi satmağa hazırdır.

"Team Talk"un yaydığı məlumata görə, "Bavariya" və "Çelsi" niderlandlı oyunçuya elçi düşüb.

Qeyd edək ki, sözügedən qapıçı bu mövsüm meydana çıxdığı 26 matçda qapısında 34 top görüb.