"Brayton"dan "Liverpul"a keçəcək

"Brayton"un niderlandlı futbolçusu Jan Paul van Heçke karyerasını "Liverpul"da davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, bu haqda "Give Me Sport" nəşri məlumat yayıb.

Mersisayd klubu yay transfer pəncərəsi dövründə 24 yaşlı stoper üçün "Brayton"a rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Jan Paul van Heçkenin dəyəri "Transfermarkt" portalına görə 32 milyon avro olaraq qiymətləndirilir.

O bu mövsüm "Brayton"un heyətində çıxış etdiyi 30 matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.