Braziliyalı futbolçu karyerasını Türkiyədə davam etdirəcək
Türkiyə Super Liqa klublarında "Gaziantep FK" 29 yaşlı müdafiəçi Bruno Viananı icarə əsasında heyətinə qatıb.
Sportline.az klubun rəsmi hesabına istinadla xəbər verir ki, "Koritiba"dan heyətə cəlb olunan futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Bruno Viana ötən mövsümü "Əl-Hazem"də keçirib. Ərəbistanı klubu ilə 30 oyuna çıxan futbolçu aktivinə 2 qol yazdırıb.
Qeyd edək ki, Viana daha əvvəl karyerasında "Braqa", "Olimpiakos" və "Ximki" kimi klublarda çıxış edib.