Braziliyalı futbolçu karyerasını Türkiyədə davam etdirəcək

"Göztepe" "Sauthempton"un hücumçusu Juan Santosu icarə əsasında heyətinə qatıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, İzmir klubu ilə 22 yaşlı futbolçu arasında 1 illik müqavilə imzalanıb.

Ötən mövsüm "San Paulo" klubunun heyətində 20 oyuna çıxan Santos 3 qol və 1 asistlik performans göstərib.

Qeyd edək ki, "Sauthempton" klubu bu gün gənc futbolçu ilə rəsmi müqavilə imzalayıb.