Braziliyalı hücumçu "Qalatasaray"ın hədəfində
Türkiyənin "Qalatasaray" klubu "Santos"la yollarını ayıran Leandro Damiaonu heyətinə qatmaq niyyətindədir. SportLine.az "Bugün" qəzetinə istinadən xəbər verir ki, son vaxtlar hücum xəttində problemlər yaşayan "Cim-Bom"un yaxın günlərdə futbolçu ilə rəsmi danışaqlara başlayacağı gözlənilir.
Yayılan məlumatda İstanbul klubunun 26 yaşlı hücumçuya 2.5 milyon avro dəyərində müqavilə təklif edəcəyi bildirilir.
Qeyd edək ki, Ötən mövsüm "Kruzeyro"da icarə əsasında çıxış edən Damiao 46 matçda 18 dəfə fərqlənib.