Brazilya klubu "Vest Hem"dən 100 milyon avro tələb edir
"Vest Hem Yunayted" brazilyalı futbolçu Kaio Jorgeni yanvar ayında transfer etməyi düşünür.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, London klubu 23 yaşlı oyunçu üçün 20 milyon avro təklif edib.
Lakin "Kruzeyro" təklifi qəbul etməyib. Brazilya klubunun rəhbərliyi ən azı 25 milyon avro tələb edir.
Qeyd edək ki, K.Jorge cari mövsüm meydana çıxdığı 46 matçda 26 qol, 9 asistlə yadda qalıb.