"Brentford" futbolçusunun qiymətini qaldırıb

"Brentford" kamerunlu futbolçusu Brayan Embumunun transfer qiymətini 70 milyon avroya yüksəldib.

Sportline.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Embumunu transfer etmək istəyir. 

Lakin Mançester klubu sözü gedən futbol üçün 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Brentford"un rəhbərliyi bu məbləğə oyunçunu satmayacaqlarını açıqlayıb.