"Brentford"dan "Nyukasl"a doğru
"Nyukasl Yunayted" "Brentford"un konqolu futbolçusu Yoane Vissanı transfer edib.
Sportline.az jurnalist Fabris Houkinsin məlumatına istinadən xəbər verir ki, 28 yaşlı forvard bu gün tibbi muayinədən keçəcək.
Vissanın transfer qiyməti 35 milyon avrodur.
Qeyd edək ki, sözü gedən hücumçu ötən mövsüm meydana çıxdığı 39 matçda 20 qol 4 asistlə yadda qalıb.