"Brentford"dan "Tottenhem"ə doğru
"Brentford"un konqolu futbolçusu Yoane Vissa "Tottenhem"dən təklif alıb.
Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, Vissa bu təklifə müsbət cavab verib.
28 yaşlı futbolçu ilə "Nyukasl Yunayted" klubuda maraqlanır. Lakin oyunçu o kluba getmək istəmir.
Qeyd edək ki, Vissanın "Brentford"la sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.