Britaniya polisi "Lester"in prezidentinin ölümü ilə bağlı məlumat yaydı
"Lester" klubunun rəhbəri Vişay Şrivaddanaprabhanın helikopter qəzasında həyatını itirdiyi təsdiqi tapıb. SportLine.az xəbər verir ki, bu barədə Britaniya polisi məlumat yayıb.
BBC rəsmi orqanlara istinadən məlumat yayıb ki, İngiltərə Premyer Liqasında 27 oktyabr tarixində keçirilən "Lester" - "Vest Hem" oyunundan (1:1) sonra "Kinq Pauer" stadionu yaxınlığında qəzaya uğrayan helikopter V.Şrivaddanaprabhaya məxsus olub. Klub prezidenti qəza vaxtı helikopterin göyərtəsində imiş.
Hadisə quyruq vintinin işləməməsi səbəbilə yaşanıb. Öz oxu ətrafında dövrə vuran helikopter parklama yerinə düşüb və yanmağa başlayıb.
Qeyd edək ki, V.Şrivaddanaprabha 2010-cu ildən "Lester" klubunun prezidenti idi.