Britaniya səfiri "Qarabağ" - "Çelsi" matçına hazırlaşır
|
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Kroft "Qarabağ" - "Çelsi" oyununu izləyənlər arasında olacaq. Sportline.az xəbər verir ki o, səfirliyin rəsmi "Tvitter" səhifəsində üzərində "Qarabağ" və "Çelsi" yazılmış şarfla şəkil paylaşıb. Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun bu gün saat 21:00-da başlanacaq. |
