Bu gün İstanbul derbisi var

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

Sportline.az xəbər verir ki, 27-ci turda "Fənərbaxça" "Beşiktaş"ı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Hazırda turnir cədvəlində "Fənərbaxça" 54 xalla (24 oyun) 2-ci, "Beşiktaş"  49 xalla (25 oyun) 3-cüdür. Siyahıya 63 xalla (26 oyun) "Qalatasaray" başçılıq edir.

2 aprel

21:30. "Fənərbaxça" - "Beşiktaş"
Baş hakim: 
Halil Umut Meler