"Jorje Jezuşun işi artıq nəticə verir”
Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinya UEFA Millətlər Liqasının qrup mərhələsində Danimarka üzərində səfərdə qazanılan 4:2 hesablı qələbəni şərh edib.
Sportline.az xəbər verir ki, futbolçu baş məşqçi Jorje Jezuşun komandadakı işinin artıq meydanda göründüyünü bildirib.
“Baş məşqçinin işi artıq nəticə verməyə başlayıb. Bu, bu gün çox aydın görünürdü. Əla oyun keçirdik. Burada qalib gəlmək çox çətindir. Təkcə nəticəyə görə yox, oyun baxımından da indiyədək ən yaxşı matçımız oldu. Bu üç qarşılaşmada addım-addım inkişaf edirik”, – deyə Vitinya bildirib.
Qeyd edək ki, Portuqaliya Millətlər Liqasında keçirdiyi 3 oyunun hamısında qalib gəlib. Danimarka ilə görüşdə qolları Joao Kanselo, Qonçalo Ramoş, Vitinya və Joao Feliks vurublar.