Bellingem hücumçu mövqeyində oynaya bilər

Tomas Tuxel Jude Bellingemin İngiltərə millisində “9 nömrə” mövqeyində çıxış edə biləcəyini istisna etməyib.

Sportline.az xəbər verir ki, baş məşqçi futbolçunun cərimə meydançasına daxil olmasını və hücumda təhlükə yaratmasını yüksək qiymətləndirib.

Tuxel bildirib ki, Bellingemi bu mövqedə sınamaq onun üçün maraqlı variantdır.

“Mən onu 9 nömrə kimi bəyənirəm”, – deyə mütəxəssis bildirib.