“O, uşaqlıq kumirimdir”
Portuqaliya millisinin futbolçusu Rafael Leao UEFA Millətlər Liqasının III turunda Danimarkaya 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Sportline.az xəbər verir ki, 27 yaşlı hücumçu qarşılaşmada Kriştiano Ronaldoya məxsus 7 nömrəli formanı geyinməsinin onun üçün xüsusi məna daşıdığını bildirib.
“Kriştiano mənim uşaqlıqdan kumirimdir. 7 nömrəsinin mənim üçün başqa xüsusi mənası da var. Övladlarım ayın 7-də dünyaya gəliblər. Sadəcə bu formaya hörmət göstərməyə və komanda yoldaşlarımla oyundan zövq almağa çalışdım. Ən vacibi yaxşı oyun keçirməyimiz və qalib gəlməyimizdir”.