“Nyukasl”ın qapıçısı klubdan ayrılmaq istəmir

“Nyukasl”ın qapıçısı Nik Poupun gələcəyi ilə bağlı yeni məlumat yayılıb.

Sportline.az xəbər verir ki, 34 yaşlı futbolçu komandada əsas heyətdəki yerini itirsə də, klubdan ayrılmağa tələsmir.

Məlumata görə, Poup müqaviləsinin sonuna qədər “Nyukasl”da qalmağa hazırdır. Onun hazırkı sözləşməsi 2026/27 mövsümünün sonunda başa çatır.