“Mançester Siti” ilə bağlı yeni qərar

“Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı işində müstəqil komissiyanın qərarı açıqlanıb.

Sportline.az xəbər verir ki, komissiya klubun uzun müddət ərzində Premyer Liqanın maliyyə qaydalarını ciddi şəkildə pozduğunu müəyyən edib. 

İddialara əsasən, klubun kommersiya müqavilələri vasitəsilə gəlirləri şişirdərək xərcləri aşağı göstərdiyi müəyyənləşdirilib.

“Mançester Siti” isə qərarla razılaşmır və apellyasiya verəcəyini açıqlayıb.

Kluba qarşı mümkün sanksiyalarla bağlı yekun qərarın isə daha sonra veriləcəyi gözlənilir.