Saliba qayıdır?

“Arsenal”ın müdafiəçisi Uilyam Salibanın zədədən bərpa prosesində irəliləyiş var.

Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu uzun müddətdir belindən aldığı zədə səbəbindən yaşıl meydanlardan kənarda qalıb. Məlumata görə, Saliba artıq ot üzərində qaçış məşqlərinə başlayıb.

London klubunun əvvəlcə futbolçunun əməliyyat olunmasına ehtiyac yarana biləcəyindən ehtiyat etdiyi, lakin sonradan konservativ müalicə üsuluna üstünlük verdiyi bildirilir.

Onun noyabrda komanda ilə oyunlara qayıtması ehtimal edilir, lakin dəqiq tarix hələ müəyyənləşməyib.