Fransa İtaliyaya qarşı

UEFA Millətlər Liqasında 3-cü turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan Fransa seçməsi "Stad de Frans"da İtaliya komandası ilə münasibətlərini aydınlaşdıracaq.

Zinəddin Zidanın komandasında Matteo Genduzi və Zaire Emeri meydana çıxa bilməyəcək.

Roberto Mançinin komandası isə meydana optimal heyətlə çıxacaq.

Qeyd edək ki, Fransa - İtaliya qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Oyunda söz sahibi ispaniyalı hakim Xesus Xil Manzano olacaq.