Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək.
“Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gələcək. “Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olacaq.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
8 may
23:00. “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə)
İlk oyun - 1:3.
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya)
İlk oyun - 3:0.
Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.