Buffon üçün yubiley
DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində İtaliya millisinin Albaniyaya qarşı keçirəcəyi matç Canluici Buffon üçün əlamətdar ola bilər. SportLine.az xəbər verir ki, qapıçı sözügedən oyunda meydana çıxsa, bu, Buffonun 1000-ci rəsmi oyunu olacaq.
Qeyd edək ki, Buffon "Parma"da 220, "Yuventus"da 612, milli komandada isə 167 oyun keçirib.