Bütün biletlər 2 manat

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "İnter" - "Mladost" görüşünün biletləri satışa çıxıb.

SportLine.az xəbər verir ki, iyulun 6-da "Dalğa Arena"da keçiriləcək matça baxmaq istəyənlər 2 manatlarından keçməli olacaqlar. Sektordan asılı olmayaraq, "İnter" klubu vahid qiymət tətbiq edib.

Biletləri saat 09.00-dan 18.00-dək "İnter Arena” və "Dalğa Arena” stadionlarının təhlükəsizlik yoxlanışı məntəqələrinə yaxınlaşaraq əldə etmək olar.

Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 3:0.