Cavid Hüseynov məhkəmənin qərarı ilə razı deyil

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynov apellyasiya şikayəti verib. SportLine.az-ın məlumatına görə, futbolçunun vəkili Adəm Məmmədov APA-ya bildirib ki, Səbail rayon Məhkəməsinin C. Hüseynov barəsindəki hökmdən verilmiş şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bir neçə gün əvvəl o, Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.