Cəbrayılın "Xudafərin" komandası "Qarabağ"ı məğlub etdi
AFFA-nın bayrağı altında keçirilən Coka-Cola U-13 liqasında 1/8 final mərhələnin ilk oyunları olub.
SportLine.az xəbər verir ki, mərhələnin ən maraqlı və gərgin oyunu İmişlidə keçirilib.
Cəbrayılın "Xudafərin" komandası Ağdamın "Qarabağ" komandasını qəbul edib. Oyunda hesabı cəbrayıllılar açıblar. Sonradan "Qarabağ" bərabərlik qolunu vurub. Lakin təzyiqi artıran "Xudafırin" ikinci qolu vurmağı bacarıb. Bununla da 2:1 hesabı ilə qalib gələn Cəbrayıl təmsilçisi cavab matçına sərfəli nəticə ilə yollanacaq.
Qeyd edək ki, 2013-cü ilin sentyabr ayında bir qrup cəbrayıllı gəncin təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılan “Xudafərin” FK məşqlərə 2014 – cü ilin may ayından başlamasına baxmayaraq, qısa müddətdə 3 yaş qurupunda komanda təşkil edib. AFFA – nın “Uşaq Futbolunun İnkişafı” çərçivəsində təşkil etdiyi Mərkəz Regionunun komandaları arasında yarışlara qatılıb. Debut ilindəcə 3 yaş qrupunda (U-12, U-13, U-14) yarışlarda inamlı oyun sərgiləyərək 10 – 12 komanda arasında müvafiq olaraq 4,6,5 ci yerləri tutub. 2015-2016 illər mövsümündə artıq bütün yaş qruplarında ( U-10,U- 11, U-12, U-13, U-14) mübarizəyə qatılan “Xudafərin” FK bu il də yüksək nəticəsi ilə azarkeşlərini sevindirib. Bu komandalardan U-12, U-13, U-14 yaş qrupları ikinci dövrəyə vəsiqə qazanıb. U- 13 komandası isə erməni işğalından bəri Cəbrayıl rayonu adına bir tarix yazaraq pley-offa yüksəlib. Bu mərhələdə əvvəlcə “Şirvan” üzərində 4 : 0 hesabı ilə inamlı qələbə qazanan “Xudafərin” Region birinciliyinin favoriti olan “Ağsu”ya da 2:1 hesabı ilə qalib gələrək respublika birinciliyinə yüksəlib.