Cermeyn Defo "Uokinq" klubunun baş məşqçisi təyin olunub
Cermeyn Defo İngiltərənin V Liqasında çıxış edən "Uokinq" klubunun baş məşqçisi təyin olunub.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Defo daha əvvəl məşqçilik karyerasında "Tottenhem" akademiyasında çalışıb, həmçinin "Reyncers"də Stiven Cerrardın köməkçisi kimi fəaliyyət göstərib.