Ceymi Vardi karyerasını İtaliyada davam etdirəcək
"Lester Siti"dən azad agent kimi ayrılan ingiltərəli hücumçu Ceymi Vardi karyerasını İtaliyada davam etdirəcək.
Sportline.az xəbər verir ki, "Kremoneze" Vardini heyətinə qatıb.
Bu haqda İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Vardi yeni komandası ilə 1+1 illik müqavilə imzalayıb.