Çeferin “Qızıl top” mükafatı haqqında danışıb
UEFA prezidenti Aleksander Çeferin “Qızıl top” mükafatı haqqında öz fikirlərini bölüşdürüb.
Sportline.az xəbər verir ki, Çeferin jurnalistlərə müsahibə verərkən bu fikirləri səsləndirib;
“Vinisius “Qızıl top”u qazanmadı? Onun ötən mövsüm etdiklərinə baxılmalı, onun hakimlərlə, oyunçularla, azarkəşlərlə rəftarı nəzərə alınmalıdır. 72 oyun məğlub olmayan, Vinisiusdan daha çox qol yaradan və 12 qol vuran bir yarımmüdafiəçi qazandı”, deyə A.Çeferi bildirib.
Qeyd edək ki, bu dəfə mükafatı France Football nəşri UEFA ilə birgə təşkil edib.